RUSİYA

Putindən qalmaqallı qanun, ABŞ-la önəmli silah sazişi ləğv olunur

SSRİ və ABŞ arasında "Yaxın və Orta mənzilli raketlərin ləğvi" dekabrın 8-i 1987-ci ildə Vaşinqtonda imzalanıb
Sputnik

 

BAKI, 30 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası tərəfindən SSRİ və ABŞ arasında "Yaxın və Orta mənzilli raketlərin ləğvi" haqqında sazişin fəaliyyətinin dayandırılması haqqında qanun layihəsi təqdim edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, vurğulayıb ki, bir saat ərzində Rusiya Dövlət Dumasının Şurası qanun layihəsini nəzərdən keçirəcək və ona baxılması müddətini müəyyənləşdirəcək.

Qanun layihəsinə əsasən, prezidentin sazişin fəaliyyətini bərpa etməyə dair hüququ olacaq.

Qeyd edək ki, ABŞ fevralın 2-si "Yaxın və Orta mənzilli raketlərin ləğvi" haqqında sazişə dair götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bəyan edib.

Xatırladaq ki, SSRİ və ABŞ arasında "Yaxın və Orta mənzilli raketlərin ləğvi" dekabrın 8-i 1987-ci ildə Vaşinqtonda imzalanıb.