Polşa Prezidenti Andjey Duda Azərbaycana rəsmi səfərə gəlib

Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb
Sputnik

BAKI, 30 may - Sputnik. Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.