HADİSƏ

Avropanın mərkəzində gəmi çevrildi, 7 nəfər öldü

Hamıdan üzr istəyirəm"-deyə Cənubi Koreyanın Li-Sanq-Mu turizm agentliyinin icraçı direktoru bildirib.
Sputnik

BAKI, 30 may — Sputnik. Macarıstanın Budapeşt şəhərinin mərkəzindən keçən Dunay çayında Cənubi Koreyadan olan turistləri daşıyan gəzinti kateri batıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə zamanı 7 turist ölüb, 21 nəfərin taleyindən xəbər yoxdur.

Güclü axıntı axtarışları çətinləşdirsə də, hazırda çay boyu axtraışlar davam edir. Batmış kater hadisə yerindən 100 metr aralıda tapılıb. Son məlumatlara sudan 14 nəfər çıxarılıb.

Bakıda ağır qəza: Ata və 10 yaşlı oğlu öldü

Qeyd edilir ki, ölənlərin əynində xilasedici jiletlər olmayıb. Sağ halda tapılmış 7 nəfər xəstəxanalara yerləşdirilib.

"Suyun səviyyəsi yüksək olub. Ancaq digər kruiz xətləri kimi biizm müştərilərimizi daşıyan gəmi də normal işləyib. Mən çox təəəsüf edir və ölənlərin ailələrinə başsağlığı veririəm. Xəsarət alanlara tezliklə sağalmağı arzu edirəm. Hamıdan üzr istəyirəm" - deyə Cənubi Koreyanın turizm agentliyinin icraçı direktoru Li Sanq Mu bildirib.

Çay gəzintisi zamanı 27 metrlik "Rusalka" gəmisi digər gəmi ilə toqquşaraq çevrilib. Hadisə zamanı gəmidə Cənubi Koreyadan 35 nəfər turist və iki heyət üzvü olub.

https://mir24.tv/news/16362875/tragediya-na-dunae-daivery-prochesyvayut-reku-gde-zatonul-kater-rusalka