SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: "Avropa İttifaqına üzv olmaq kursuna sadiqik"

Türkiyə məhkəmə sisteminin bir çox müddəaları yenidən nəzərdən keçiriləcək
Sputnik

 

BAKI, 30 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, maneələr baxmayaraq Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaq kursuna sadiqdir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Ankarada məhkəmə islahatlarına həsr olunan iclasda bildirib.

"Avropa İttifaqında hüquq elminin standartları var. Biz ən yüksək səviyyədə məhkəmə sistemimizi inkişaf etdiririk. Biz yolumuzda qarşılaşdığımız maneələrə baxmayaraq Avropa İttifaqına (Aİ) üzv olmaq kursuna sadiqik", - deyə Ərdoğan qeyd edib.

O, vurğulayıb ki, Türkiyə məhkəmə sisteminin bir çox müddəaları yenidən nəzərdən keçiriləcək.