BAKI, 30 may — Sputnik. Çinin cənubunda daşqınlar davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakət zonasında 350 minə yaxın insan var. Yerli Fövqəladə Hallar nazirliyinin məlumatına görə artıq 7 nəfər həlak olub.
Təhlükəsiz rayonlara artıq 50 min nəfər təxliyə edilib. Daşqın 9 şəhər və 30 əraziyə təsir edib. Ərazilərdə 80-ə yaxın yaşayış evi dağılıb. 1500 -ə yaxın ev zərər görüb.
Dövlət əhəmiyyətli avtomagistrallarda hərəkət dayandırılıb. On min hektarlarla ərazini su basıb.
Daşqının verdiyi zərərlər bu saata qədər 200 milyon dollar məbləğində dəyərləndirilir.