Zelenski üç naziri istefaya göndərir

Parlament seçkiləri iyulun 21-inə təyin olunub
Sputnik

BAKI, 30 may — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ölkənin Xarici İşlər, Müdafiə nazirləri, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri işdən azad olunması barədə qanun layihəsi təqdim edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Zelenski deputatlardan Pavel Klimkini, Stepan Poltorakıı və Vasili Qritsakı vəzifədən azad etməyə çağırıb.

Qeyd edək ki, mayın 23-ü Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış Ali Radanın buraxılması haqqında qərar qüvvəyə minib

Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-inə təyin olunub.