CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur cütlüyünün oğlu dünyaya gəlib

Məşhur Azərbaycan müğənnisi Natəvan Həbibi və reper Dado (Səid Əliyev) yeni doğulmuş oğulları Zeydi ictimaiyyətə göstəriblər.
Sputnik

BAKI, 29 may — Sputnik. Məşhur Azərbaycan müğənnisi Natəvan Həbibi və reper Dado (Səid Əliyev) yeni doğulmuş oğulları Zeydi ictimaiyyətə göstəriblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, cütlük körpə ilə birgə çəkilmiş ailə fotolarını özlərinin Instagram sosial şəbəkəsindəki səhifələrində təqdim edib.

"Övladımızın dünyaya gəldiyi gün bizim üçün ən xoşbəxt gündür. Allah arzusunda olan hər kəsə valideyn olmağı, bizim keçirdiyimiz hissləri keçirməyi qısmət eləsin" - Həbibi yazıb.

Dado isə oğlu və xanımı ilə birgə şəklini paylaşaraq "Mən bu günü çox gözlədim. Allahım sənə çox şükürlər olsun" yazıb.

Müğənnilər mayın 10-da valideyn olublar. Hazırda Həbibi yalnız öz oğlu və ailə qayğıları ilə məşğul olur. Tez bir zamanda yenidən yaradıcılıqla məşğul olmağa başlayacaq.

Natəvan Həbibi Azərbaycanın ən çox tələb olunan müğənnilərindən biridir. Müğənni Dado ləqəbli reper Səid Əliyevə 2017-ci ildə ərə gedib. Elə həmin ilin sonlarında Həbibi KİV və sosial şəbəkələr vasitəsilə boşanmaq qərarı verdiklərini açıqlamışdı. Lakin 2018-ci ilin əvvəllərində o, yenidən KİV vasitəsilə bəyan etmişdi ki, evliliyini qorumaq üçün ərinə daha bir şans vermək niyyətindədir.