CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa Liqasının finalı avtovağzalın da işinə təsir etdi

Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtı gecə saat 03:00-a qədər uzadılıb
Sputnik

BAKI, 29 may — Sputnik. Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Avtovağzalın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları cəlb edib.