MƏDƏNİYYƏT

Azərbaycan filmi Andrey Tarkovski festivalının proqramına daxil edilib

Azərbaycanlı rejissorun çəkdiyi film daha bir nüfuzlu kino festivalının proqramına daxil edilib
Sputnik

 

BAKI, 29 may — Sputnik. Azərbaycanlı rejissor Elmar İmanovun "Mövsümün sonu" filmi Andrey Tarkovski adına "Zerkalo" XIII Beynəlxalq Kino festivalının mükafatçılarından biri ola bilər. Festival 14-21 iyun tarixlərində Rusiyanın İvanov vilayətində keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmlə bağlı ətraflı məlumat kinofestivalın rəsmi saytında yayımlanıb. Azərbaycan filmi sözügedən müsabiqəyə Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalı kimi düşüb. O, layihənin beynəlxalq müsabiqə proqramına təqdim edilib.

Filmin süjeti belədir: gözlənilməz hadisə nəticəsində balaca azərbaycanlı öz ailəsini itirir. Samir, Fidan və onların 18 yaşlı oğlu Mahmud müstəqil insanlardır. Lakin ruhun və hərəkətlərin müstəqilliyi bəzən yadlaşmaya, anlaşmanın və səmimiyyətin mümkünsüzlüyünə səbəb olur. Bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemləri diqqət mərkəzinə çəkilir. Çimərliyə ailəvi səfər zamanı gözlənildiyi kimi hər şey yolunda getmir.

Filmin rejissoru Elmar İmanov, ssenari müəllifləri Anar İmanov və Elmar İmanov, operatorları Berta Valin Eskofet və Driss Acari, quruluşçu rəssamı Sitarə İbrahimova, musiqi müəllifi Camal Əli və Firudin Allahverdi, prodüseri Yeva Blondiaydur. Filmdə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə və başqaları ifa ediblər.