BAKI, 29 may — Sputnik. Azərbaycan Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlini iyulun 1-i bərpa edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
"Neftin nəqli iyulun 1-i bərpa olunacaq" - deyə Nəsirov jurnalistlərə bildirib.
Qeyd edək ki, SOCAR bu ilin martın birində kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədar Bakı-Novorossiysk xətti üzrə neftin nəqlini dayandırmışdı.
Xatırladaq ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.