Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı

Vladimir Zelenski Petro Poroşenkonun əmrini ləğv edib
Sputnik

BAKI, 28 may – Sputnik. Ukraynanın prezidenti Vladimir Zelenski yeni əmri ilə Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvilini Ukrayna vətəndaşlığına qaytarıb.

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qeyd edilən sənəd bu gün Ukrayna dövlət başçısının saytında yer alıb. 

“Ukraynanın prezidentinin 2017-ci il 26 iyul tarixli 196 nömrəli qərarına dəyişikliklər edilsin və Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığına dair müddəalar aradan qaldırılsın” – deyə əmrdə bildirilir.

Qeyd edək ki, Gürcüstan və Ukrayna siyasətçisi  2017-ci ilin iyul ayında  Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun  əmri ilə vətəndaşlıqdan məhrum edilib.

Həmin vaxt keçmiş qubernator ABŞ-da idi.