Azərbaycan Demokratik Respublikasının 101 illiyi münasibətiylə Bakıda “Himni birgə oxuyaq!” devizi ilə fleşmob keçirilib. Sputnik Azərbaycan-ın çəkiliş qrupu isə bu həmrəylik kadrlarını lentə alıb.
Qeyd edək ki, aksiya Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil edilib. Bakı sakinləri Azərbaycanın dövlət himnini birgə ifa ediblər.