Azarkeş Festivalı Dənizkənarı Bulvarda keçirilir. Burada hər kəs Bakı bulvarının ecazkar mənzərəsi fonunda bolluca əylənə, UEFA Avropa Liqasının kuboku ilə şəkil çəkdirə, özünü məşhur futbol komandasının üzvü kimi hiss edə, öz gücünü müxtəlif futbolla bağlı oyunlarda və viktorinalarda sınaya, azarkeş etdikləri komandaya aid məhsullar əldə edə, bir sözlə, vaxtlarını şən keçirə bilərlər.
Qeyd edək ki, festival sabah da səhər 10-dan axşam 10-a qədər öz işinə davam edəcək. Giriş hər kəs üçün pulsuzdur.