Əvvəllər tarix müəllimi olan Əlixanov qəzetin 1918-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərc edildiyini deyib. Qəzetin əsas məzmunu kənd təsərrüfatı ilə məşğul olan insanlara verilən mal-qara, subsidiyaların sığortalanması haqqındadır. Qəzetin kənarında Azərbaycan bayrağının rəngləri əks olunub.
Şaiq müəllim həmkəndlisinin bu cür qəzetə malik olduğunu öyrənəndə, maddi durumu yaxşı olmamasına baxmayaraq, borc-xərc edib onu əldə etməyə qərara gəlib. Arzusunu həyata keçirib və və bundan sonra onu evinin ən gözəl guşəsində göz-bəbəyi kimi qoruyub.
"Cümhuriyyətimiz yaşasaydı, bəlkə də bu gün dünyanın ən inkişaf etmiş ölkələri sırasında olardıq. Əfsus ki, belə olmadı. Amma bizdən sonra gələn nəsillər bu şanlı tariximizi bilməlidirlər" – deyə Əlixanov bildirib.
O, hətta qəzetin korlanmaması üçün onu çərçivəyə salıb və əski ərəb qrafika ilə yazılan qəzeti axunda tərcümə etdirib. Həmsöhbətimiz Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, bu qəzetin analoqu mövcud deyil.