SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ gürcüləri Bakı ilə münasibətləri kəskinləşdirməyə istiqamətləndirir

Rusiyalı ekspert Keşikçidağda Amerika barmağı tapdı
Sputnik

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. Gürcüstanın baş sponsoru statusundan istifadə edərək və Tbilisini əsas anti-Rusiya forpostuna çevirərək ABŞ incə şəkildə gürcüləri Bakı ilə münasibətləri gərginləşdirməyə kökləyir. Sputnik Azərbaycan-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bu fikirdədir.

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın on ikinci iclası mayın 23-24-də Bakıda keçirilib. İclasda dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb. Növbəti iclas Tbilisidə olacaq. 

Gürcü dindarlar "Keşikçidağ" məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar

Mixaylovun fikrincə, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə danışıqların bərpa edilməsi son dövrlər iki ölkə arasında  yaranmış gərginliyin azaldılmasına yönəlik cəhd kimi qiymətləndirilə bilər.

"İki ölkə arasındakı 446 kilometrlik ümumi sərhədin üçdə biri hələ dəqiq müəyyən edilməyib və bu fonda çoxsaylı fikir ayrılıqları, iddialar ortaya çıxır" - ekspert xatırladıb.

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, Gürcüstan indiyədək bəzi ərazilərinin itirilməsi ilə barışa bilmir, bununla bağlı gürcü siyasi isteblişmentinin bir hissəsi hazırda istənilən yolla Bakının haqlı olaraq öz ərazisi və tarixi mirası saydığı torpaqlara iddialarını isbat etməyə çalışır.

Ən mübahisəli ərazilərdən biri yarım çöl Qareci yamacları boyunca yerləşən Keşikçidağ (David Qareci) monastır kompleksinin ərazisinin bir hissəsi hesab edilir. 

O, xatırladıb ki, sözügedən kompleks təpələrdə yerləşən 20 monastırdan ibarətdir. Həm gürcü, həm də azərbaycanlı tərəfi bu kompleksi özününkü hesab edir, yalnız Azərbaycan alimləri onu Keşikçidağ adlandırırlar.

"Azərbaycan Dağlıq Qarabağın itirilməsindən və erməni hərbi birləşmələrinin bufer zona kimi istifadə etmək məqsədilə bir neçə rayonu işğal etməsindən sonra onun ərazilərinə qarşı istənilən iddiaları çox ağrılı qarşılayır" - deyə politoloq vurğulayıb. 

Onun fikrincə, Bakı görəndə ki, Gürcüstanda olduğu kimi, Qərbin bir sıra qeyri-hökumət təşkilatları və fondlarında da anti-Azərbaycan isterikası mövcuddur, Tbilisi ilə dövlət sərhədlərini dəqiqləşdirmək qərarına gəlib. 

XİN Keşikçidağ görüşünün nəticələri barədə məlumat yaydı

Ekspert hesab edir ki, hal-hazırda ABŞ çox incə şəkildə Gürcüstanın baş sponsoru statusundan istifadə edərək və Tbilisini əsas anti-Rusiya forpostuna çevirərək gürcüləri Bakı ilə münasibətləri gərginləşdirməyə kökləyir. Və bununla əlaqədar olaraq, ilk növbədə Azərbaycan və Rusiya öz arasında tərəfdaşlığı gücləndirməlidir. 

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisini qətlə yetirən Mixail Avaqyana Gürcüstanda abidənin qoyulması da ABŞ-ın bu incə siyasətinin tərkib hissəsi olan faktlardan biridir. 

Mixaylov hesab edir ki, məhz bu səbəbdən də belə bir önəmli vaxtda Gürcüstanla Azərbaycan arasındakı dövlətlərarası sərhəd məsələsinin həlli üçün daha bir cəhd edilir.