SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuela hakimiyyəti müxalifətlə danışıqlara başlayıb

Maduro Venesuela hakimiyyətinin müxalifətlə dialoqa hazır olduğunu deyib
Sputnik

BAKI, 28 may - Sputnik. Venesuela hökuməti müxalifət nümayəndələri ilə ölkədəki böhranı həll etmək üçün hər hansı bir mövzunu müzakirə etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi prezident Nikolas Maduro bildirib.

Quaydo Maduro ilə görüşdən imtina edib

Onun sözlərinə görə, səlahiyyətlilər müxalifətlə danışıqların mümkünlüyünü müzakirə etmək üçün Norveçə gediblər. 

Maduro nümayəndə heyətinin tərkibini də açıqlayıb. Hazırda Rabitə və İnformasiya naziri Xorxe Rodriqez, Xarici İşlər naziri Xorxe Arreasa və Miranda əyalətinin valisi Hektor Rodriqez Norveçdədirlər. 

Bir neçə gün əvvəl müxalifət lideri Xuan Quaydo Maduro ilə görüşdən imtina etmişdi.