TƏHLİL

Tarixçi AXC haqqında: Bu dövlət Azərbaycan xalqını yaradıb

Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi,- professor Anar İskəndərov belə hesab edir
Sputnik

“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.

“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, 1918-20-ci illərdə mövcud olan dövlətin həqiqətən də siyasi varisləri bizik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur.

Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz