RUSİYA

Oğlunu ticarət mərkəzində atan qadından polislərə şok təklif - VİDEO

Qadın 6 yaşlı oğlunu ticarət mərkəzində tərgiyib qaçıb və ona sahib çıxmaqdan imtina edib
Sputnik

BAKI, 28 may — Sputnik. Moskvada qadın altı yaşlı oğlunu ticarət mərkəzinin oyun otağında qoyaraq gedib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir. Hadisə Moskvadakı "Ziqzaq" ticarət mərkəzində baş verib. Yeddi saat yarımdan sonra ona zəng edən ticarət mərkəzinin əməkdaşlarına ana "qoyun sizdə qalsın" cavabını verib. Bundan sonra isə zənglərə cavab verməyib.

Polislər qadını sevgilisinin evində aşkar ediblər, lakin ana oğlunu tanımaqdan imtina edib.

"Məndə onun anası olduğumu təsdiq edən bir sənəd belə yoxdur. Onu mənə nənəsi verib" — qadın bildirib.

Bir neçə dəqiqədən sonra qadın günahı sevgilisinin və polislərin üstünə atmağa cəhd edib. Polis məntəqəsində də o mövqeyini dəyişməyib, lakin polis operatoruna pornofilmdə çəkilməyi təklif edib. Bəzi məlumatlara əsasən, saxlanılan qadının intim xidmətlər göstərmək sahəsində təcrübəsi var.

Uşağı isə müayinə üçün həkimlərə veriblər.