CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda gəlin azyaşlı baldızını götürərək evdən qaçıb

Hadisə yerinə polis əməkdaşları gəlib və qaçanların axtarışları davam etdirilir
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 may – Sputnik. Şabran rayonunun Dağbilici kəndində hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Çinarə adlı kənd sakini baldizı 12 yaşlı Güldanə Daşdıyevanı dünən saat 11 radələrində su doldurmaq adı ilə götürərək evdən çıxıb.

Kənd sakinlərinin sözlərinə əsasən,  gəlin azyaşlı ilə birlikdə qara rəngli avtomobilə minib və bir daha evə qayıtmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və qaçanların axtarışları davam etdirilir.