RUSİYA

Etiraf: Rusiya əleyhinə sanksiyalar işləmir

Spivak vurğulayıb ki, Avropa Rusiyaya qarşı münasibətini dəyişə bilər və rəsmi Kiyev buna hazır olmalıdır
Sputnik

BAKI, 28 may - Sputnik. Ukraynalı siyasətçi Dmitri Spivak bəyan edib ki, Avropa İttifaqının Rusiya əleyhinə sanksiaylarının təsiri yoxdur. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Bütün bu sanksiyalar sadəcə nominaldır. Onların artıq uzun müddətdir ki Rusiya iqtiaadiyyatına təsir etmir", - deyə Spivak qeyd edib.

Onun sözlərinə görə, Ukrayna bir dövlət kimi "hörmətini və etibarını itirib".

Spivak vurğulayıb ki, Avropa Rusiyaya qarşı münasibətini dəyişə bilər və rəsmi Kiyev buna hazır olmalıdır.