BAKI, 28 may - Sputnik. Ukraynanın Baş prokuroru Yuri Lutsenko bildirib ki, yeni parlament formalaşmayanadək öz postunu tərk etməyəcək. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o bildirib ki, hüquq-mühafizə orqanlarından olan həmkarları ilə birlikdə iyulun 21-də düzgün və ədalətli parlament seçkiləri keçirdikdən sonra vəzifəsini tərk edib siyasətə qatılacaq.
Lutsenko dəqiqləşdirib ki, Baş prokuror postunu yalnız yeni parlament yeni hökuməti formalaşdırdıqdan sonra tərk etməyə hazırdır.
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski mayın 20-də parlamentdə çıxış edərkən 2 aydan sonra Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsakı, Baş prokuror Yuri Lutsenkonu və Müdafiə naziri Stepan Poltorakı vəzifədən çıxarmağa çağırıb.
Yuri Lutsenko isə həmin vaxt cavab olaraq istefa ərizəsini yazmayacağını bildrimişdi.