HADİSƏ

Bakıda ağır qəza: Ata və 10 yaşlı oğlu öldü

Ziya Bünyadov prospektində "Mitsubishi" və "BMW" markalı avtomobillər toqquşub
Sputnik

BAKI, 28 may - Sputnik. Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, Ziya Bünyadov prospektində "Mitsubishi" və "BMW" markalı avtomobillər toqquşub.

Zərbənin gücündən "BMW" işıq dirəklərinə çırpılıb. Qəza nəticəsində "BMW"-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.