BAKI, 27 may — Sputnik. Səhhətində yaranan problemlərə görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib.
O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Damarlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.
Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.