Deyəsən, ən tanınmış "Made in Azerbaijan" brendi bizim qonaqpərvərliyimizdir. Məhz buna görə də, artıq iki gündən sonra keçiriləcək UEFA Avropa Liqasının final oyunundan qabaq qonaqları qarşılamaq üçün qızğın işlər gedir.
Futbol matçı izləmək deyəndə, nədənsə ağla dərhal pivə gəlir. Gələn qonaqların da ingilis olduğunu nəzərə alsaq, pivə də qat-qat çoxalmalıdır. Sputnik Azərbaycan da məhz "pivə ocaqları" olan pabların hazırlığını yoxlamaq qərarına gəldi.
Hər kəsin etmək istədiyi ilk şey Azərbaycanda istehsal edilən pivə növlərinin təşviqi olub. Bundan başqa, matçı izləmək üçün böyük ekran quraşdıran kim, canlı musiqi təşkil edən kim, xüsusi endirim kampaniyaları təklif edən kim...
Bis izə günün sonunda bu qənaətə gəldik: Qonağın haradan gəlməsindən asılı olmayaraq, biz onları daim qarşılamağa hazırıq. Özü də necə lazımdır qarşılamağa!