BAKI, 27 may — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiyaya səfərə gedəcəklər.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər.
Millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.
Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər iyunun 1-də başa çatacaq.