HADİSƏ

Ağcabədidə oğul atasını güllələdi

İlkin tibbi yardımdan sonra xəstə Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb
Sputnik

BAKI, 27 may — Sputnik. Mayln 26-da Ağcabədi rayonunda güllələnmə hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu güllələnib.

Sumqayıtda qətl törədən şəxs həbs edilib

O, boynun sol yan səthində güllə yarası, qırtlağın zədələnməsi və sağ körpücük sümüyünün kor küllə yarası ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan paytaxtdan ixtisaslı həkimlər sanaviasiya xəttə ilə rayona ezam olunub. İlkin tibbi yardımdan sonra xəstə Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralının vəziyyətinin hələ də ağır olduğu bildirilir. İlkin məlumata görə, Mirələm Tağıyev oğlu tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır.