HADİSƏ

Hacıqabulda maşın piyadanı vuraraq öldürüb, sürücü qaçıb

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 27 may - Sputnik. Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyətxan oğlunu Bakı-Qazax yolunda avtomobil vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən yerində keçinib. Naməlum avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.