İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. Goranboy rayonuna güclü dolu yağıb. Rayonun dağ kəndi olan Tatarlı ərazisinə düşən buz parçaları qoz böyüklüyündə olub.
Goranboya qoz boyda dolu yağıb – VİDEO
© Sputnik / Ilham Mustafayev
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, külək və şimşəklə müşahidə olunan təbiət hadisəsi 40 dəqiqəyə yaxın davam edib. İri buz parçaları ərazini bir neçə dəqiqəlik ağ örpəyə bürüyüb.
Dolu əsasən meyə ağaclarına, həyətyanı sahələrdə əkilən tərəvəz məhsullarına ziyan vurub. Kəndin elektrik enerji təminatında fasilələr yaranıb.