“Hər il olduğu kimi bu il də çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq dövlət sanitariya orqanı may ayının 6-dan Abşeron yarmadasında yerləşən çimərliklərində yoxlamalara başlayıb”. Bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, çimərliklərin 90 faizi çimmək üçün uyğun deyil:
“Hər il Səhiyyə Nazirliyi çimərliklərdə yoxlamalar aparır və onların çimmək üçün uyğun olmadığı müəyyənləşir. Lakin buna baxmayaraq, tələbat çox olduğu üçün insanlar bu çimərliklərə yenə də gedirlər. Bu sahədə əhalinin maarifləndirilməsi aşağı səviyyədədir. Demək olar ki, Bakı ətrafında təmiz çimərlik yoxdur. Dənizin kənarlarındakı təmiz yerlər hasarlanıb. Bu hasarlar ləğv edilməlidir. Həmçinin, o insanların çimərliklərdən istifadə mədəniyyəti yüksəldilməlidir”.
Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz