BAKI, 26 may - Sputnik. İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars körfəzi ölkələrinə hücum etməmək barədə müqavilə imzalamağı təklif edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə İİR hökumətinin telegram-kanalında məlumat yerləşdirilib.
Zərif belə bir təşəbbüslə Bağdadda, İraq XİN başçısı Çəhəmməd Əli əl-Hakimlə gğrüşdə çıxış edib. O həmçinin qeyd edib ki, Tehran Fars körfəzi ölkələri ilə münasibətlərinin yaxşı olmasını istəyir və gərginliyin azaldılmasına yönəlik bütün addımları dəstəkləyir.
Son vaxtlər ABŞ-la İran arasındakı münasibətlər gərginləşib. Mayın əvvəlində Birləşmiş Ştatların Prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəfləyib.
Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.
İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.
Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadra minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında isə universal desant gəmisi "Kearsarge" üzür.