SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran-ABŞ gərginliyi nə ilə nəticələnəcək - politoloq şərh edir

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, İran hazırkı vəziyyətdən çıxmaq üçün ABŞ-ın təklif etdiyi şərtləri qəbul etməlidir
Sputnik

Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalar həlqəsini daraldır:

“Bununla yanaşı ABŞ bölgədə hərbi gücünü də genişləndirir. İrana qarşı həm hərbi, həm iqtisadi, həm də siyasi sanksiyalar artmaqdadır. Bu sanksiyalara qarşı Rusiya və Çin İranı müdafiə edə bilər. İran hakimiyyətinin yolu ABŞ ilə barışmaqdır. İran hazırkı vəziyyətdən çıxmaq üçün ABŞ-ın təklif etdiyi şərtləri qəbul etməlidir. Yaxın dövrdə İranda çox ciddi hadisələrin baş verəcəyi ehtimalı artır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz