HADİSƏ

Prezidentin fəxri ad verdiyi şəxs xəstəxanaya aparılıb

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 26 may - Sputnik. Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

"Report" xəbər verir ki, şair xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.