Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağda yerləşən məbədə rahat şəkildə getdiyini bildirib
Sputnik

BAKI, 26 may - Sputnik. Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.

Bunu Gürcüstan baş naziri Mamuka Baxtadze ONA-ya müsahibəsində bildirib.

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağda yerləşən məbədə rahat şəkildə getdiyini bildirib:

“Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Bu, çox emosional məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq”.