RUSİYA

Zelenskinin komandasından gözlənilməz etiraf

Andrey Qerus: "Biz öz ayağımıza güllə atmırıq ki?"
Sputnik

BAKI, 25 may — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndəsi Andrey Qerus etiraf edib ki, hazırda rəsmi Kiyev Rusiya ilə iqtisadi əlaqələri kəsə bilməz. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qerus "NewsOne" telekanalının efirində deyib.

"İqtisadiyyat da də daxil olmaqla, biz belə bir qərar verdikdə ilk növbədə düşünməliyik ki, öz ayağımıza güllə atmırıq ki" - deyə Qerus aparıcının "Ticarətin, tamamilə dayandırılması mümkündürmü" sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ukrayna məhsullarının Rusiyaya ixracı davam etdirilir: "Kiyev isə ixracdan gəlir əldə edir ki, bu da ölkəni daha güclü edir. Bundan əlavə, energetika sahəsi kimi iqtisadiyyatın elə sahələri var ki, orada Rusiyadan tədarükünün payı olduqca yüksəkdir".