"Sağlam düşüncəli hərbçilər Amerikanı müharibəyə soxmayacaqlar"

Həsən Seyfi: "İran Silahlı Qüvvələri öz ölkələrinin maraqlarının qorunmasına tamamilə hazırdır"
Sputnik

BAKI, 25 may — Sputnik. "Düşüncəli amerikalılar və təcrübəli hərbçilər, çətin ki, Vaşinqtonda olan radikal elementlərə müharibə başlamağa imkan versinlər". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu açıqlamanı İran ordusunun komandanın köməkçisi Həsən Seyfi verib.

"Biz əminik ki, sağlam düşüncəli amerikalılar və onların təcrübəli hərbçiləri radikal elementlərə, çıxmağın çətin olacağı vəziyyətə düşməyə imkan verməyəcəklər. Ona görə də onlar müharibəyə başlamayacaqlar" - deyə Seyfi qeyd edib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri öz ölkələrinin maraqlarının qorunmasına tamamilə hazırdır.

Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların Prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəfləyib.

İran üzərində qara buludlar cəmlənib: ABŞ regiona on minlərlə hərbçi göndərir

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.