CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın fəaliyyəti obyektiv informasiyanın çatdırılmasına xidmət edir

Fazil Mustafa: "Hesab edirəm ki, Sputnik Azərbaycan-ın kollektivi kifayət qədər peşəkardır"
Sputnik

BAKI, 25 may — Sputnik. Bu gün "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun 4 yaşı tamam olur. "Sputnik Azərbaycan" 2015-ci ilin 25 mayında ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. LiveInternet-in məlumatına görə, agentliyin internet portalı, aparıcı milli KİV-lər arasında TOP-5-likdə yer alıb. "Sputnik Azərbaycan" informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və Multimedia Radiosunun bir hissəsidir. Özündə 32 dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirən Sputnik xəbər lenti dünyanın 90-dan artıq şəhərində və internetdə rus, ingilis və fransız dillərində yayımlanır. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, Çin və fars dillərində məlumat yayır. Onun informasiya resurslarının auditoriyası ayda 60 milyondan çox ziyarətçidən ibarətdir, sosial şəbəkələrdəki hesablarının təqibçilərinin sayı isə 17 milyona çatır. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir. Sputnik "Rossiya seqodnya" mediaqrupuna daxildir və onun baş ofisi Moskvada yerləşir.

İlham Əliyev Sputnik-in suallarını cavablandırıb

"Sputnik Azərbaycan" ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə həm oxucular, həm də həmsöhbətləri arasında rəğbət qazanıb. Onların arasında millət vəkilləri də var. Onların bir neçəsi "Sputnik Azərbaycan"ın fəaliyyətə başlamasının ildönümü münasibətilə təbrik ediblər və arzularını dilə gətiriblər. 

Millət vəkili Fazil Mustafa deyib ki, Sputnik Azərbaycan media məkanında özünəməxsus üslubu ilə qəbul edilən və informasiyaları ciddi təsir göstərən bir media quruluşudur: "Hesab edirəm ki, kollektivi də kifayət qədər peşəkardır. Çünki medianın prinsiplərinə, qaydalarına, etik davranış dəyərlərinə hörmətlə yanaşırlar. Bu da çox müsbət haldır. Bütövlükdə Sputnik Azərbaycan-ın fəaliyyəti Azərbaycan məkanından obyektiv informasiyanın çatdırılmasına xidmət edir".

Fazil Mustafa hesab edir ki, 4 il təqdimat üçün yetərli müddətdir: "Bu müddət ərzində media quruluşları özünü daha yüksək səviyyədə, peşəkarlıqla təqdim edirsə, gələcəyinin cəmiyyət üçün diqqətdə qalıcı bir formada olacağına da ümid yaradır. Mən Sputnik Azərbaycan-ın kollektivini təbrik edirəm və ümid edirəm ki, kollektiv daha böyük uğurlara imza ata biləcək".

Sputnik Azərbaycan: İki yaşımız tamam oldu

Azərbaycanın media məkanının sürətlə inkişaf etdiyini vurğulayan millət vəkili Tahir Mirkişili kəmiyyət və keyfiyyət dəyişikliklərinin bütün sahələri əhatə etdiyini qeyd edib. "Sürətli informasiya yaymaq və dərin təhlillərə əsasən analitik materiallar vermək kimi hallara bizim mediada artıq tez-tez rast gəlinir. Belə bir rəqabətli şəraitdə Sputnik Azərbaycan informasiya agentliyi də qısa müddət ərzində öz yerini müəyyən edib və oxucu kütləsi toplayıb. Artıq 4 ili tamam olan Agentlik öz dəst-xətti ilə seçilir. İnformasiya agentliyinə uğurlar, daim xoş və maraqlı xəbərlər yaymağı arzu edirəm" - deyə Mirkişili bildirib. 

Millət vəkili Adil Əliyev Sputnik Azərbaycan-a yönəlik təbrikini belə ifadə edib: "Dörd yaş bir sayt, bir informasiya orqanı üçün çox gözəl yaşdır. Əgər bir agentlik bu çətin zamanda çətinliklərə sinə gərə, dözə bilibsə, halal olsun. Dörd yaşınız mübarək. Bütün kollektivinizi, rəhbərliyinizi, maliyyə mənbələrinizi, agentliyin üzərində əməyi olan hər kəsi səmimi qəlbdən təbrik edirəm. Qoy 4-ün yanına bir sıfır da əlavə edilsin və biz onu birlikdə qeyd edək. Sputnik Azərbaycan uzunömürlü olsun, xalqımız, millətimiz, dövlətimiz, insanlarımız üçün xeyirli xəbərlər versin. İnşallah, beş yaşınızı Qarabağda qeyd edək".

Millət vəkili Çingiz Qənizadə Sputnik Azərbaycan-ı cəmiyyətimizin güzgüsü kimi dəyərləndirib: "Deyirlər mətbuat cəmiyyətin güzgüsüdür. Amma çox təəssüf olsun ki, çox zaman bu, reallıqda özünü əks etdirmir. Konkret Sputnik Azərbaycan-a gəldikdə isə, onu hər şeyi olduğu kimi işıqlandırmağa çalışan saytlardan biri kimi təbrik edirəm. Dörd illik fəaliyyətinizdə çox işlər görmüsüz. İnanırıq ki, növbəti illərdə də işlərini götürdüyü bu kursa uyğun olaraq davam etdirəcək. Sizi və sizin simanızda kollektivinizin bütün əməkdaşlarını təbrik edirəm".

Artıq 3 ildir: Biz deyilməyənləri deyirik

Millət vəkili Elman Nəsirov da Sputnik Azərbaycan-ı ad günü münasibətilə təbrik edib: “Azərbaycanın informasiya məkanında Sputnik Azərbaycan İnformasiya Agentliyinin özünəməxsus yeri var. Bu gün Sputnik Azərbaycan-ın 4 yaşı olur. Bu münasibətlə agentliyin rəhbərliyini, əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Sputnik Azərbaycan qısa zamanda öz dəqiq, obyektiv, qərəzsiz məlumatları ilə Azərbaycan oxucusunun ürəyinə yol tapa, onun etibarını və etimadını qazana bilib. Mən özüm də zaman-zaman Sputnik Azərbaycan-la əməkdaşlıq etmişəm. Müxtəlif mövzularla bağlı sualları cavablandırıb, bu əməkdaşlıqdan da məmnun qalmışam. Ən çox da məni razı salan cəhət verdiyim müsahibələrin olduğu kimi təqdim edilməsi və heç bir təhrifə yol verilməməsi olub".

"Obyektivlik Sputnik Azərbaycan-ın ana xəttiini təşkil edir. 4 yaş elə də böyük rəqəm deyil, arzu edirəm ki, 40 -50-100 yaşınızı qeyd edəsiniz. Azərbaycan informasiya məkanındakı kütləvi informasiya vasitələri sırasında öz layiqli yerinizi hər zaman qoruyasınız" - deyə Nəsirov bildirib.