BAKI, 25 may — Sputnik. Mayın 28-də Azərbaycanda Respublika Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd ediləcək. Bu gün həm də Azərbaycan dövlətçiliyinin dirçəliş günü hesab edilir. Ölkəmiz bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü qeyd edir.
Şərqin ilk demokratik respublikasının doğuluşu və onun haqqında az məlum olan tarix barədə mayın 27-də saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada söhbət açılacaq.
İştirak edəcəklər:
Solmaz Rüstəmova-Tohidi - tarix elmləri doktoru, professor,
Firdovsiyə Əhmədova - tarix elmləri doktoru, professor, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri,
Azad Rzayev - tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı,
Rizvan Hüseynov - Qafqaz Tarixi Mərkəzinin direktoru,
Oleq Kuznetsov - rusiyalı tarixçi, tarix elmləri doktoru.
Əlaqə üçün
E-mail: i.velizade@rian.ru.
Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.