CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının böyük bir ərazisi susuz qalacaq

Bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 24 may — Sputnik. Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.