“Xaricdə Azərbaycana qarşı aparılan kampaniyalar bizi istəməyən dövlətlərin fəaliyyətinin nəticəsidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, bu fəaliyyəti aparan qüvvələrin iddiasına görə, Azərbaycan Avropaya aid deyil və bu səbəbdən Avro Liqanın final oyunu Bakıda keçirilməməlidir:
“Daha sonra isə erməni əsilli futbolçunun məsələsi ortalığa atıldı. Ancaq Azərbaycan bu məsələdə də danışıqlara hazır olduğunu göstərdi. Düşünürəm ki, Azərbaycana qarşı atılan bu addımlara cavabımızı verməliyik. Avropada və ümumiyyətlə dünyada nüfuzlu olan şəxslər Azərbaycanın gördüyü müsbət işləri bizi istəməyənlərin qarşısına qoya bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz