RUSİYA

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti rəsmi Moskva ilə dialoq qurmaq istəmir
Sputnik

BAKI, 23 may — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların aparılması imkanını istisna edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai Televiziyasının saytında məlumat yerləşdirilib.

"İctimai Televiziyanın əməkdaşının "Rusiya ilə danışıqlar olacaqmı" sualına Zelenski "xeyr" cavabını verib" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bəyan etmişdi ki, Zelenski Rusiya ilə danışıqlar məsələsi üzrə referendum keçirmək niyyətindədir.