Terrorçular Rusiya bazasına hücum etdi

İdlibdə Suriya hökumət qüvvələri yaraqlıların iki hücum cəhdinin qarşısını alıb.
Sputnik

BAKI, 23 may — Sputnik. Suriyada terrorçular Rusiya bazası istiqamətində 17 raket atıblar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçular tərəfindən atılan 8 raket aviabazaya qədər çatmayıb. Qalan 8 reaktiv mərmi isə Rusiya aviabazasının raket əleyhinə müdafiə qüvvələrinin növbətçiləri tərəfindən zərərsizləşdirilib" – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Bundan əlavə, qeyd edib ki, İdlibdə Suriya hökumət qüvvələri yaraqlıların iki hücum cəhdinin qarşısını alıb. Bu hücumlarda 200 terrorçu, 4 BMP və 4 pikap iştirak edib.