İlham Əliyev təbriklər almaqda davam edir

Məktublarda Azərbaycan Prezidenti 28 May Respublika Günü münasibətilə təbrik olunur, Azərbaycana firavanlıq və inkişaf arzu edilir
Sputnik

BAKI, 23 may — Sputnik. Milli bayramınız - Respublika Günü ilə əlaqədar Prezident İlham Əliyevə xarici ölkə başçılarından və beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevə təbrik məktubu göndəriblər.

Məktublarda Azərbaycan Prezidenti 28 May Respublika Günü münasibətilə təbrik olunur, Azərbaycana firavanlıq və inkişaf arzu edilir.