HADİSƏ

Masallı sakini Balakəndə narkotik alveri edirmiş

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır
Sputnik

Şahpəri  Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 may— Sputnik. Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının, daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində, rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini, 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.