HADİSƏ

Sumqayıt bağçasında yanğın: Azyaşlılar təxliyə edilib

Yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə yerləşdirilib
Sputnik

BAKI, 22 may — Sputnik. Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binada yanğın olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.