Rusiya ordusu "Avanqard"lar almağa başladı

Alay 2019-cu ilin sonundan döyüş növbəsində yerini tutacaq
Sputnik

BAKI, 22 may — Sputnik. Rusiyanın strateji təyinata malik raket qüvvələri "Avanqard" raket komplekslərini əldə etməyə başlayıb.

Vaşinqton: Rusiya raketləri Venesuela əməliyyatımıza mane ola bilməz

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın strateji təyinata malik raket qüvvələrinin komandanı Sergey Karakayev bildirib.

Onun sözlərinə görə, Orenburq vilayətində artıq "Avanqard" kompleksinin raket alayının qurulması üçün nəzərdə tutulmuş infrastruktur qurulub.

Karakayev qeyd edib ki, alay 2019-cu ilin sonundan döyüş növbəsində yerini tutacaq.

Qeyd edək ki, "Avanqard"ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir. Bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Raket səsdən 20 dəfə sürətlidir. Uçuş vaxtı raketin səthindəki temperatur 2000 dərəcəyə çatsa da, o idarə oluna bilir.