ELM

Ali təhsil müəssisələrinə qəbulla bağlı yeni qərar verildi

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri "Təhsil haqqında" Qanununun 26.5-3-cü maddəsinə əsasən hazırlanıb
Sputnik

BAKI, 22 may — Sputnik. "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri" təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Baş Nazir Novruz Mmmədov tərəfindən imzalanıb. 

Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə

Qeyd edilib ki, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri "Təhsil haqqında" Qanununun 26.5-3-cü maddəsinə əsasən hazırlanıb.

Şərtlər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin (bundan sonra – abituriyentlər) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məsələlərini tənzimləyir.

Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə aparılır. 

Nə köhnəni bəyənirik, nə yenini qəbul edirik – Amma tövsiyə də var

Bura Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme); təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education); Yüksək yerləşdirmə (Advanced Placement) daxildir.

Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır.

Abituriyentlər Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş " ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın (bundan sonra – Tələbə Qəbulu Qaydaları) 3.2-ci bəndində nəzərdətutulmuş qaydada Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.