Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsinə görə tutulan dövlət rüsumları dəyişir

Əcnəbilərə iş icazəsinin 10, 15 və 20 iş günü müddətində verilməsi təklif olunur
Sputnik

BAKI, 22 may - Sputnik. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə alınan dövlət rüsumları dəyişir.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə baxılıb.

Əlilliyi olan işçilərə məzuniyyət istəklərinə uyğun vaxtda verilə bilər

Hazırda əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 20 günə verilir. Dəyişiklikdə iş icazəsinin 10, 15 və 20 iş günü müddətində verilməsi təklif olunur və müvafiq dövlət rüsumları müəyyənləşir.

Mövcud qanuna görə, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 350 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 600 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1000 manat dövlət rüsumu alınır.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün ərzinə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 700 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 900 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1400 manat dövlət rüsumu alınacaq.

Azərbaycanda muzdlu işçilər

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 15 gün ərzində 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 500 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 700 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1200 manat dövlət rüsumu alınacaq.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 20 gün ərzinə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 350 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 600 manat, 1 ilədək iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1000 manat dövlət rüsumu alınacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.