HADİSƏ

Azərbaycanda dəhşət: Çürümüş meyitin yanında külli miqdarda narkotik tapıldı

Fevralda itkin düşən şəxsin meyiti mayda tapıldı
Sputnik

BAKI, 21 may — Sputnik. Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub. 

Su anbarından meyit tapılıb

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.