Təhlükə qapıya dirənib: İŞİD üzvləri MDB sərhədinə toplaşır

Bu terrorçuların böyük əksəriyyəti Suriyada döyüşlərdə iştirak edən MDB vətəndaşlarıdır
Sputnik

BAKI, 21 may — Sputnik. "İraq və Şam İslam Dövlət (İŞİD) terror təşkilatının filialı olan "Vilayət Xorasan" hazırda təxminin 5 minə qədər yaraqlısını MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarına cəmləşdirib". 

İŞİD müsəlman ölkəsində qiyam qaldırıb, ölənlər var
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

Düşənbədə MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərlərinin şurasında çıxış edən Bortnikov qeyd edib ki, Şimali Afrika və Asiyada beynəlxalq terrorçular tərəfindən yeni meydanların yaradılması tendensiyası davamlı xarakter almağa başlayıb.

"Xüsusi ilə terror qruplaşmalarının MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarında cəmləşməsi narahatlıq doğurur. Bu regionlarda İŞİD-in filialı olan "Vilayət Xorasan" artıq 5 minə yaxın yaraqlı cəmləşdirib. Bu terrorçuların böyük əksəriyyəti Suriyada döyüşlərdə iştirak edən MDB vətəndaşlarıdır" - deyə Bortnikov qeyd edib.