BAKI, 21 may — Sputnik. Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində qəsəbə sakinləri ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı sakinlərlə söhbət edib.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.
Dövlət başçısı daha sonra ərazidəki marketə daxil olub, burada satıcı və alıcılarla söhbətləşib.